Paşha Bank
Bank Of Baku

Husilər ər-Riyadda hava limanına və maliyyə mərkəzinə zərbə endirdiklərini açıqlayıblar

Husilər ər-Riyadda hava limanına və maliyyə mərkəzinə zərbə endirdiklərini açıqlayıblar
# 15 noyabr 2026 23:44 (UTC +04:00)

Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanına və maliyyə mərkəzinə iki ballistik raketlə zərbə endirdiklərini bildiriblər.

APA xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə məlumat verib.

Onun sözlərinə görə, əməliyyat qarşıya qoyulan məqsədə çatıb. O, həmçinin Yəmənin cənubundakı Ləhc vilayətində Səudiyyə qüvvələrinin mövqelərinə altı ballistik raketlə hücum edildiyini, nəticədə onlarla hərbçinin öldüyünü və yaralandığını iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR