Bank Of Baku

Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb

Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
# 15 sentyabr 2026 23:56 (UTC +04:00)

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri son sutka ərzində Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan ərazilərə 52 hava zərbəsi endirib.

APA xəbər verir ki, bunu husilərin rəsmi nümayəndəsi Yəhya Səriya bildirib.

Onun sözlərinə görə, hücumlarda Xamis-Müşeyt və Taif şəhərlərindəki aviabazalardan havaya qalxan F-15 və “Typhoon” döyüş təyyarələrindən istifadə olunub.

Yəhya Səriya zərbələrin Taiz vilayətində məktəblər, körpülər və yollar da daxil olmaqla mülki obyektlərə, həmçinin Əl-Cauf, Əl-Beyda, Səada və Amran vilayətlərindəki digər obyektlərə endirildiyini iddia edib.

Səudiyyə Ərəbistanı tərəfinin bu açıqlamaya münasibəti barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR