İranın Lorestan və İlam əyalətlərində 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 04:05-də qeydə alınıb.
Yeraltı təkanlarının ocağı 9 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində hər hansı itki və ya fəsadların olması barədə hələlik məlumat verilməyib.