ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki hazırkı say tərkibini uzun müddət saxlamaq mümkün olmayacaq və Prezident Donald Tramp yaxın zamanda regiondakı qüvvələrin gələcək fəaliyyəti ilə bağlı qərar verməli olacaq.
Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp daha əvvəl ABŞ Silahlı Qüvvələrinə İranla genişmiqyaslı döyüşlərin yenidən başlanması ehtimalına hazır olmaq üçün Yaxın Şərqdəki hazırkı qüvvə sayını ilin sonunadək qorumaq barədə göstəriş verib.
“Axios”un mənbələri bildiriblər ki, ABŞ qüvvələrinin belə rejimdə uzun müddət qalması mümkün deyil və Ağ Ev yaxın zamanda sonrakı addımları müəyyənləşdirməlidir.
“Müəyyən mərhələdə ABŞ Silahlı Qüvvələrinin yekun məqsədinin nə olduğu barədə qərar qəbul etmək lazımdır”, – mənbələrdən biri bildirib.