Bank Of Baku

IDF: Qəzzaya gündə humanitar yardım daşıyan 600 yük maşını daxil olur

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, mayor David Barux

© APA | İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, mayor David Barux

# 01 sentyabr 2026 17:02 (UTC +04:00)

İsrail ərazisindən Qəzza zolağına gündə orta hesabla 600 yük maşını humanitar yardım daxil olur.

APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, mayor David Barux ölkədə media-tur çərçivəsində səfərdə olan azərbaycanlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İsrail tərəfi Qəzzaya ərzaq, geyim, dərman və digər humanitar yardımların çatdırılmasına şərait yaradır.

“20 maddəlik plan çərçivəsində öhdəliklərimizdən biri Qəzzaya humanitar yardımın daxil olmasına imkan verməkdir. Orta hesabla gündə 600 yük maşınının Qəzzaya daxil olmasına şərait yaradırıq. Təkcə son bir il ərzində Qəzzaya 2 milyon ton humanitar yardım daxil olub”, – deyə David Barux bildirib.

IDF sözçüsünün sözlərinə görə, humanitar yardımın həcminin artması Qəzzada ərzaq və digər məhsulların qiymətlərinə də təsir göstərib.

“Qiymətlər 70 faizdən çox, hətta 80 faizə yaxın azalıb”, – deyə o qeyd edib.

Mayor David Barux həmçinin bildirib ki, Qəzzada xəstəxana çarpayılarının sayı son bir ildə 50 faiz artıb.

“Hazırda Qəzzada bir il əvvəllə müqayisədə 50 faiz daha çox xəstəxana çarpayısı var. Tibbi səbəblərlə İsrail vasitəsilə digər ölkələrə getməli olan şəxslərin çıxışına da imkan veririk”, – o əlavə edib.

IDF nümayəndəsi Qəzzada HƏMAS-ın hələ də fəaliyyət göstərdiyini və təşkilatın silahlı qüvvələrini yenidən formalaşdırmağa çalışdığını iddia edib.

Onun sözlərinə görə, İsrail tərəfi hazırda 20 maddəlik planın növbəti mərhələsinin – Qəzzanın demilitarizasiyası və HƏMAS-ın tərkisilahının həyata keçirilməsini gözləyir.

“Bu baş verdikdən sonra yenidənqurma prosesi başlayacaq”, – deyə mayor David Barux vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR