Bank Of Baku

İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub

İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
# 12 oktyabr 2026 02:24 (UTC +04:00)

İndoneziyanın Sulavesi adasının şimal hissəsində, Minahasa yarımadası yaxınlığında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 144 min nəfərin yaşadığı Qorontalo şəhərindən 154 kilometr qərbdə yerləşib.

Zəlzələnin ocağı 184 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR