Bank Of Baku

Səudiyyə Ərəbistanı və İran XİN başçıları regionda gərginliyi müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud

© APA | İranın xarici işlər naziri Abbas Əraqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud

# 12 oktyabr 2026 02:47 (UTC +04:00)

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər regionda son gərginləşmə hallarını və bununla bağlı görülən tədbirləri müzakirə ediblər”, – nazirliyin açıqlamasında qeyd olunub.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Telegram kanalında bildirib ki, söhbət zamanı regionda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.

Onun sözlərinə görə, hərbi üsullara üstünlük verilməsi və siyasi həll yollarının nəzərə alınmaması mövcud vəziyyəti daha da ağırlaşdıracaq.

Əraqçi əlavə edib ki, İran Səudiyyə Ərəbistanı ilə Yəmən arasında dialoqun qurulmasına və böhranın siyasi yolla həllinə kömək göstərməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR