İndoneziyada meşə yanğınının genişlənməsi səbəbindən məşhur Bromo vulkanına turistlərin girişi tamamilə bağlanıb.
Reuters xəbər verir ki, Şərqi Yavada yerləşən Bromo Tengger Semeru Milli Parkında bir neçə gündür davam edən yanğın vulkanın turistlər üçün nəzərdə tutulmuş ərazisində də genişlənib.
Təhlükəsizlik məqsədilə parkda bütün turizm fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. Yanğınla mübarizə işləri davam etdirilir.
Qeyd edək ki, Bromo İndoneziyanın aktiv vulkanlarından biri olmaqla yanaşı, ölkənin ən məşhur turizm məkanlarından hesab olunur. Hadisə nəticəsində ölən və ya xəsarət alanların olmadığı bildirilir.