İordaniya hökuməti fələstinlilərin Qəzza zolağından çıxarılması cəhdlərini müharibə elanı kimi qiymətləndirəcək.
APA “Russia Today” kanalına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri bildirib.
Baş nazir Bişer Xasavneh (Bisher Al-Khasawneh) qeyd edib ki, Qəzza zolağından və ya İordan çayının qərb sahilindən fələstinlilərin çıxarılması cəhdləri etnik təmizləmədir.