İordaniyanın Hava Hücumundan Müdafiə sistemləri İran tərəfindən ölkə ərazisi istiqamətində buraxılan 8 raketi zərərsizləşdirib.
Bu barədə yerli “Petra” informasiya agentliyi İordaniya Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Məlumata görə, raketlərin məhv edilməsi zamanı onların qalıqları müxtəlif ərazilərə düşüb.
Bildirilib ki, insident nəticəsində ölən və ya yaralanan olmayıb, əmlaka ziyan dəyməyib.