İran ilk dəfə döyüş şəraitində orta mənzilli "Səccil" raketindən istifadə edib

İran ilk dəfə döyüş şəraitində orta mənzilli "Səccil" raketindən istifadə edib
# 18 iyun 2025 22:40 (UTC +04:00)

Tehran ilk dəfə döyüş şəraitində orta mənzilli iki mərhələli "Səccil" tipli ballistik raketindən istifadə edib.

APA xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran İsrail ərazisinə bu tip üç raket atıb.

SEPAH-ın açıqlamasına əsasən əvvəlki bir neçə əməliyyat zamanı İsrailin hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib.

Məlumata görə, “Səccil” raketi 2008-ci ildə sınaqdan keçirilən, maksimum 2000 kilometr məsafəyə malik iki mərhələli ballistik raketdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR