İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib

İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
# 18 aprel 2024 15:44 (UTC +04:00)

İsrailin nüvə mərkəzləri müəyyən edilib və bütün hədəflər haqqında lazımi məlumatlar var.

APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Nüvə Mərkəzlərinin Mühafizəsi və Təhlükəsizliyi Korpusunun komandanı general Əhməd Haq Tələb bildirib.

O qeyd edib ki, İsraildən hücum olarsa, həmin hədəflər İranın ixtiyarında olacaq.

General əlavə edib ki, İran özünün nüvə doktrinasını nəzərdən keçirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR