İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Körfəz sularında - Əbu Musa adasının cənubunda 4 milyon 500 min litr qaçaq yanacaq daşıyan 2 gəmini ələ keçirdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Əməliyyatda gəminin 13 əcnəbi ekipaj üzvü və daha 21 nəfər saxlanılıb.