Paşha Bank
Bank Of Baku

İraqda neft qaçaqmalçılığı ilə bağlı genişmiqyaslı araşdırma başlanır

İraqda neft qaçaqmalçılığı ilə bağlı genişmiqyaslı araşdırma başlanır
# 18 noyabr 2026 03:40 (UTC +04:00)

İraq parlamentinin xüsusi komitəsi ölkənin əsas neft hasilatı bölgələrində mümkün qaçaqmalçılıq faktlarını araşdırmağa hazırlaşır.

INA agentliyinin məlumatına görə, bunu parlament komissiyasının üzvü Harim Kamal Ağa bildirib.

Onun sözlərinə görə, komitə əvvəlcə ölkənin mərkəzində yerləşən Curf əs-Səxr bölgəsində neft daşımaları zamanı mümkün saxtakarlıq sxemlərinin araşdırılması üçün yaradılıb.

Lakin araşdırmanın əhatə dairəsinin genişləndirilməsi qərara alınıb.

“Komitə üzvləri İraqın təhlükəsizlik qurumlarının nümayəndələri ilə görüş keçiriblər. Yaxın günlərdə Bəsrə, Kərkük və Neynəva vilayətlərində yoxlamalar aparılması planlaşdırılır”, – deputat deyib.

O bildirib ki, İraq neftinin təxminən 75 faizinin hasil olunduğu Bəsrə vilayəti araşdırmanın əsas istiqamətlərindən biri olacaq.

Kərkük və ölkənin şimalındakı Neynəva vilayətlərində də neft daşımaları və mümkün qaçaqmalçılıq mexanizmləri yoxlanılacaq.

Komitə üzvünün sözlərinə görə, məqsəd qaçaqmalçılığın həcmi, istifadə olunan üsullar və qanunsuz əməliyyatlarda iştirak etdiyi ehtimal edilən boru kəmərləri barədə dəqiq məlumat toplamaqdır.

Parlament komitəsi artıq aidiyyəti dövlət qurumları ilə neft oğurluğu məsələsini müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR