Bank Of Baku

İran Ordusu Küveytdəki ABŞ bazalarına hücum edib - YENİLƏNİB

İran Ordusu Küveytdəki ABŞ bazalarına hücum edib - YENİLƏNİB
# 19 iyul 2026 09:54 (UTC +04:00)

İran Ordusu “İldırım” əməliyyatı çərçivəsində həyata keçirilən hücumlar zamanı ABŞ-ın Küveytdəki Əl-Ədiri düşərgəsində yerləşən sursat anbarları, eləcə də Əli əs-Səlim aviabazasındakı “Patriot” hava hücumundan müdafiə sisteminin radarı və hava müşahidə radarı hədəfə alınıb.

Bu barədə "Mehr" İran Ordusuna istinadən məlumat yayıb.

Qeyd edilib ki, İran sərhədindən 104 kilometr məsafədə yerləşən Əl-Ədiri düşərgəsi ABŞ qüvvələri üçün əsas təminat və döyüş hazırlığının yenidən təşkili mərkəzlərindən biri hesab olunur. Bildirilib ki, bu bazanın fəaliyyətinin pozulması ABŞ-ın regiondakı logistika əməliyyatlarına ciddi təsir göstərə bilər. Nəzərə çatdırılıb ki, ABŞ hərbi qulluqçularının Qərbi Asiyaya daxil olduğu əsas məntəqələrdən biri və hava nəqliyyatı üzrə mühüm qovşaq hesab edilən Əli əs-Səlim aviabazası ABŞ-ın hərbi və logistika strategiyasında mərkəzi rol oynayır.

***

saat 08.16

İran, şəhərlərinə endirilən zərbələrə cavab olaraq Küveytdəki ABŞ bazalarına hücum edib.

Bu barədə “Mehr” xəbər agentliyi silahlı qüvvələrə istinadən məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR