Bank Of Baku

İran müdafiə təyinatlı məhsullarının ixracını 5 dəfə artırıb

Məhəmməd Rza Aştiani

© APA | Məhəmməd Rza Aştiani

# 15 fevral 2023 14:40 (UTC +04:00)

İranda müdafiə təyinatlı məhsulların istehsalı və ixracı ötən illə müqayisədə bir neçə dəfə artıb.

APA xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrin maddi-texniki təminatı naziri briqada generalı Məhəmməd Rza Aştiani bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə müdafiə təyinatlı məhsulların istehsalı 3 dəfə, ixrac isə 5 dəfə artıb.

Aştiani deyib ki, İran Silahlı Qüvvələri bütün sahələrdə, xüsusilə pilotsuz təyyarələrin istifadəsi və istehsalı sahəsində yaxşı vəziyyətdədir.

“Düşmənlər də İranın pilotsuz təyyarə sənayesinin əla vəziyyətdə olduğunu etiraf edirlər”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR