İranın Ali Rəhbərinin müşaviri Rahim Səfəvi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrə bir-birinə hücum etməmək haqqında pakt bağlamağı təklif edib.
APA İRNA-ya istinadən xəbər verir ki, Xameneinin müşaviri ŞƏT-ə üzv olan Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanı hücum etməmək haqqında paktı bağlamağa dəvət edib.
“Mən təklif edirəm ki, birgə təhlükəsizlik və davamlı sülh ilk növbədə ŞƏT-ə üzv ölkələr arasında həyata keçirilsin. Bu addımın nümunəsi olaraq ŞƏT üzvləri arasında hücum etməmək haqqında paktın bağlanması ola bilər”, - İranın Ali Rəhbərinin müşaviri bildirib.