İran və ABŞ arasında nüvə danışıqlarının 4-cü raundu başa çatıb - YENİLƏNİB-2

İran və ABŞ arasında nüvə danışıqlarının 4-cü raundu başa çatıb - YENİLƏNİB-2
# 11 may 2025 18:19 (UTC +04:00)

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu çətin, ancaq tərəflərin bir-birinin mövqeyini daha yaxşı başa düşməsi və fikir ayrıqlarını aradan qaldırmaq üçün düşünülmüş və real yollar tapması baxımından faydalı olub.

APA-nın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqai X-da paylaşımında bildirib.

İsmayıl Bəqai qeyd edib ki, danışıqların növbəti Oman tərəfindən koordinasiya və elan ediləcək.

***

saat 17.37

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu başa başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.

Maskatda keçirilən görüş 3 saatdan çox davam edib.

***

saat 15.16

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu başlayıb.

APA-nın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.

Maskatda ABŞ və İran arasında dolayı danışıqlar Oman xarici işlər naziri Badr bin Hamad əl-Busaidinin vasitəçiliyi ilə baş tutur.

Nümayəndə heyətlərinə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və İran xarici işlər naziri Abbas Araqçi rəhbərlik edir.

***

saat 09.33

Bu gün ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.

Qeyd edək ki, dünən İran xarici işlər naziri Abbas Araqçi ABŞ-la bərbər Avropa, Rusiya və Çinlə danışıqlar apardıqları bildirib. Tehranın nüvə silahı yaratmağa çalışmadığını söyləyən Abbas Araqçi İranın nüvə zənginləşdirilməsi də daxil olmaqla, nüvədən energetika üçün istifadəsinin müzakirə mövzusu olmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR