Bank Of Baku

İran və Avropa üçlüyü danışıqların növbəti raundu ilə bağlı müzakirələr aparır

İran XİN sözçüsü- İsmayıl Bəqayi

© APA | İran XİN sözçüsü- İsmayıl Bəqayi

# 11 avqust 2025 11:48 (UTC +04:00)

İran və Avropa üçlüyü arasında nüvə proqramı ilə bağlı danışıqlar prosesi dayandırılmayıb.

APA xəbər verir ki, İran XİN sözçüsü İsmayıl Bəqayi danışıqların növbəti raundunun keçirilməsi üçün zaman və məkanın təyin olunması ilə əlaqədar İran və Avropa rəsmilərinin diplomatik təmasda olduğunu bildirib.

Qeyd edək ki, İran və Avropa üçlüyü (Britaniya, Fransa, Almaniya) arasında sonuncu görüş iyulun 25-də İstanbulda keçirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR