Qəzzada vəziyyətin nəzarət altından çıxmasına görə ABŞ və İsrail məsuliyyət daşıyır.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, İran münaqişəni dayandırmaq üçün bütün regional ölkələr ilə danışıqlar aparır. Nazir onu da əlavə edib ki, Qəzzaya humanitar yardımların çatdırılması son dərəcə vacibdir.