Bank Of Baku

İran XİN: Hörmüz boğazının idarə olunması ilə bağlı Omanla danışıqlar 60 günədək davam edəcək

İran XİN: Hörmüz boğazının idarə olunması ilə bağlı Omanla danışıqlar 60 günədək davam edəcək
# 26 avqust 2026 02:59 (UTC +04:00)
0:00 / 0:00
80%

“Hörmüz boğazının birgə idarə olunması sistemi ilə bağlı konkret razılaşmalar İran və Oman arasında keçiriləcək danışıqlarda müəyyənləşdiriləcək. Bu danışıqların iki ayadək davam edəcəyi gözlənilir”.

APA xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

Onun sözlərinə görə, tərəflər Hörmüz boğazının gələcək idarə olunması ilə bağlı 30-60 gün ərzində danışıqlar aparacaqlar.

Bu müddət ərzində həmçinin boğazdan keçid üçün yeni daimi marşrut da razılaşdırılmalıdır.

Qəribabadi bildirib ki, ikitərəfli razılaşmaya əsasən, Fars körfəzinə giriş İranın ərazi sularından, çıxış isə Oman sularından həyata keçiriləcək. Hər iki marşrutda gəmilər İranın ərazi sularından keçəcək. Razılaşdırılmış tranzit marşrutun eni 7 mil olacaq.

“ABŞ və digər ölkələr bilməlidirlər ki, Hörmüz boğazı İranla razılaşma olmadan açılmayacaq”, – deyə İran rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR