İranın Hörmüzgan əyalətində 4.2 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosu xəbər verir ki, yeraltı təkanlar bu gün yerli vaxtla saat 03:27 radələrində İranın Hörmüzgan əyalətinin Parsiyan bölgəsində qeydə alınıb.
Zəlzələnin dərinliyi 12 km olub.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.