Bank Of Baku

İranda 5 bina uçub, ikisi polis olmaqla üç nəfər ölüb - YENİLƏNİB

İranda 5 bina uçub, ikisi polis olmaqla üç nəfər ölüb - YENİLƏNİB
# 06 avqust 2023 20:26 (UTC +04:00)

Tehranda beş binada baş verən uçqunda ölən var.

APA xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Hadisə nəticəsində üç nəfər ölüb, 11-i yaralanıb.

Hadisə qanunsuz tikililərin sökülməsi zamanı baş verib.

Uçan binaların dağıntıları altından bir polis komandiri və bir zabit də daxil olmaqla üç cəsəd çıxarılıb.

Xilasetmə əməliyyatı davam edir.

Dağıntılar altında qalanların ümumi sayı müəyyən edilməyib.

***

Saat 16:46

İranda 5 bina uçub, dağıntılar altında qalanlar var.

APA-nın xəbərinə görə, bu barədə ISNA məlumat yayıb.

Tehranda binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi səbəbindən 4 qonşu bina uçub. Nəticədə ən az dörd polis əməkdaşı və iki bələdiyyə işçisi dağıntılar altında qalıb.

İndiyədək dağıntılar altından 4 nəfər xilas edilib. Dağıntılar altında qalan digər şəxslərin həyatını xilas etmək üçün tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR