Bank Of Baku

İranda çərşənbələrdə 8 nəfər ölüb, 275 nəfər yaralanıb

İranda çərşənbələrdə 8 nəfər ölüb, 275 nəfər yaralanıb
# 14 mart 2022 18:00 (UTC +04:00)

İranda çərşənbələrdə baş vermiş alışqan maddələrin partlayışı nəticəsində bu günədək 8 nəfər ölüb, 275 nəfər yaralanıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran Təcili Tibbi Xidmət mərkəzi açıqlama verib.

Bildirilir ki, yaralılardan 25 nəfər bədən üzvlərini itirib, 81 nəfər gözündən xəsarət alıb.

Qeyd edək ki, İran polisi sonuncu çərşənbə ilə bağlı əhaliyə xəbərdarlıq edərək onları alışqan və partlayıcı maddələrlə ehtiyatlı olmağa çağırıb. Hər il sonuncu ilaxır çərşənbədə İranda alışqan və partlayıcı maddələrlə ehtiyatsız davranışa görə onlarla insan həyatını itirir və yüzlərlə insan isə xəsarət alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR