İranda daşqınlarda 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB

İranda daşqınlarda 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
# 28 iyul 2022 11:19 (UTC +04:00)

İranın Tehran əyalətinin İmamzadə Davud bölgəsində sel və daşqınlarda ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

8 avtomobil və çox sayda mal-qaranı sel aparıb, evlərə ziyan dəyib. Əhaliyə evlərini boşaltmaq və təhlükə ilə bağlı xəbərdarlıq olunub.

***

10:47

İranın Tehran əyalətinin İmamzadə Davud bölgəsində sel və daşqınlar nəticəsində 4 nəfər həyatını itirib.

APA-nın Tehran bürosu xəbər verir ki, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Çox sayda evə ziyan dəyib.

Əhaliyə evlərini boşaltmaq və təhlükə ilə bağlı xəbərdarlıq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR