Bank Of Baku

İranda davam edən etirazlarda 35 nəfər ölüb

İranda davam edən etirazlarda 35 nəfər ölüb
# 06 yanvar 2026 10:15 (UTC +04:00)

İranda davam edən etirazlarda ölənlərin sayı 35 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 1200-dən çox insan polis tərəfindən saxlanılıb.

Məlumata görə, 29 etirazçı, 4 azyaşlı və təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı öldürülüb.

İran mediası isə son sutka ərzində etirazların zəiflədiyini və zorakılıq hallarının baş vermədiyini xəbər verir.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-də rialın dollar qarşısında kəskin dəyər itirməsinə reaksiya olaraq başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR