Bank Of Baku

İranda fəhlələri daşıyan avtobus gülləbaran olunub, ölən və yaralananlar var

İranda fəhlələri daşıyan avtobus gülləbaran olunub, ölən və yaralananlar var
# 16 fevral 2026 06:38 (UTC +04:00)

İranın Zahidan şəhərində naməlum şəxslər mədən işçilərini daşıyan avtobusu odlu silahlardan atəşə tutublar.

APA İran mediasına istinadən xəbər verir ki, silahlı insident nəticəsində 2 nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Zahidan şəhər polis rəisi hücum edənlərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri görüldüyünü açıqlayıb.

Hadisənin motivləri ilə bağlı hələ ki, məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR