Bank Of Baku

İranda naməlum şəxs məsciddə insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb

İranda naməlum şəxs məsciddə insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb
# 16 sentyabr 2022 13:30 (UTC +04:00)

İranın Fars əyalətinin Şiraz şəhərində naməlum şəxs bıçaqla məsciddə insanlara hücum edib.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər Şiraz şəhərinin Hacı Abbas məscidində baş verib.

İnsanlar səhər dini ayini yerinə yetirib məsciddən çıxarkən həmin şəxs onlara bıçaqla hücum edib.

8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. Soyuq silahla məsciddə insanlara hücum edən şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR