İranın Fars əyalətində yüngül təyyarə qəzaya uğrayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Məhəmməd Cavad Moradian deyib.
O bildirib ki, qəzada 2 nəfər yaralanıb, onlar helikopterlə xəstəxanaya çatdırılıb.