Bank Of Baku

İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB-1

İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO  - YENİLƏNİB-1
# 01 oktyabr 2024 21:07 (UTC +04:00)

İrandan İsrailə doğru 400-ə yaxın raket atılıb.

APA xəbər verir ki, bu barədə “Jerusalem Post məlumat” yayıb.

İranın dövlət televiziyası İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.

***
21:00

İranın atdığı raketlər İsrail hava məkanına daxil olmağa başlayıb.

APA xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirir.

İsrail mənbələri Təl-Əvivin bəzi nöqtələrinin vurulduğunu bildirir.

İran dövlət mediası İsrailə hücumu təsdiqləyib

İran İsrailə qarşı raket zərbələri endirir.

Bu barədə İran dövlət mediası məlumat yayıb.

***
20:38



İran tərəfindən İsrailə 100 ballistik raket və qanadlı raket atılıb.

APA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Hücumun miqyası və səviyyəsi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

“İrandan İsrailə raketlər atıldığı üçün bütün İsrail mülki vətəndaşları bomba sığınacaqlarındadır”, - qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR