İranda zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Şərqi Azərbaycan əyalətinin Qara Ağac ərazisi yaxınlığında Rixter cədvəli üzrə 4,2 bal gücündə, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.