İranın hakimiyyət orqanları tərəfindən Misir mülki aviasiyasına müvəqqəti olaraq bu ölkənin hava məkanında uçuşlardan çəkinmək tövsiyə olunub.
APA xəbər verir ki, bu açıqlama ilə Misirin “Extra News” telekanalı çıxış edib.
Misirin mülki aviasiya strukturlarındakı mənbənin sözlərinə görə, Tehran uçuşların müvəqqəti qadağan edilməsini İran səmasında hərbi təlimlər keçirməklə izah edib.
Telekanal iddia edir ki, belə bir xəbərdarlıq dünyanın müxtəlif ölkələrinin mülki aviaşirkətlərinə də göndərilib.