Vyana müzakirələri çərçivəsində razılaşma əldə etmək çox da əlçatmaz olmayacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian deyib.
O bildirib ki, Cozef Borrell danışıqlarda müxtəlif tərəflərin fikirləri toplusundan layihə hazırlayıb və bunu təqdim edib.
“Qarşıdakı müqavilədə qırmızı xətlərimizin tam nəzərə alınması bizim üçün vacibdir. Biz güclü, yaxşı və davamlı razılaşma əldə etməkdə niyyətliyik”,- deyə Hüseyn Əmirabdullahian bildirib.
O qeyd edib ki, əgər Amerika tərəfi realist olsa və gələcəkdə mümkün danışıqlarda lazımi çevikliyə malik olsa, razılığa gəlmək heç də əlçatmaz olmayacaq.