Paşha Bank
Bank Of Baku

İraqda neft qaçaqmalçılığına görə yüksək vəzifəli şəxslər işdən çıxarılacaq

İraqda neft qaçaqmalçılığına görə yüksək vəzifəli şəxslər işdən çıxarılacaq
# 27 noyabr 2026 02:39 (UTC +04:00)

İraqın bir sıra əyalətlərində neft və neft məhsullarının qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmalar çərçivəsində yüksək vəzifəli məmurların vəzifələrindən azad edilməsi gözlənilir.

“Al-Sumaria” telekanalının məlumatına görə, bunu İraqın Baş naziri Əli əz-Zeydinin müşaviri Əbdül Əmir ət-Tayban bildirib.

“Yaxın günlərdə neft qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmalar çərçivəsində bir sıra yüksək vəzifəli şəxslərin vəzifələrindən kənarlaşdırılması gözlənilir”, – deyə müşavir qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə İraq hökuməti və məhkəmə orqanları üçün heç bir “qırmızı xətt” yoxdur.

Ət-Tayban Baş nazirin indiyədək həyata keçirdiyi vəzifədən azadetmələrin aysberqin yalnız görünən hissəsi olduğunu, araşdırmalar yekunlaşdıqca yeni səs-küylü istefaların baş verəcəyini bildirib.

O əlavə edib ki, neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar məhkəmə orqanlarının birbaşa nəzarəti altında aparılır və cinayətlərdə iştirak edən şəxslərin adlarının açıqlanması yalnız məhkəmə hakimiyyətinin səlahiyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR