İraqın şimalındakı Daxux şəhərində qaz partlaması 4 nəfərin ölümü ilə nəticələnib.
APA xəbər verir ki, bu barədə İraq polisi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, tələbə yataqxanasında baş verən qaz partlayışında 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir.