Bank Of Baku

İsrail 4 İtaliya vətəndaşını deportasiya edib

İsrail 4 İtaliya vətəndaşını deportasiya edib
# 03 oktyabr 2025 14:08 (UTC +04:00)

Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasının aktivistlərinin deportasiya prosesi gedir.

APA İsrail Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, artıq 4 İtaliya vətəndaşı deportasiya edilib.

“HAMAS-Sumud təxribatının bütün üzvləri sağlam və təhlükəsiz şəraitdədir. İsrail, İtaliya, Yunanıstan və Yerusəlim Latın Patriarxlığının dəfələrlə vurğuladığı kimi, bu qayıqların daşıdığı yardımlar sülh yolu ilə Qəzzaya keçirilə bilərdi. Bunların əməli isə təxribatdan başqa bir şey deyil”, - İsrail XİN-in bəyanatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR