İsrail aviasiyası İsfahanda HHM sistemlərini sıradan çıxarıb - VİDEO

İsrail aviasiyası İsfahanda HHM sistemlərini sıradan çıxarıb - VİDEO
# 20 iyun 2025 12:45 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələri 250 kilometr məsafədəki hədəfə çata bilən “Delila” raketləri vasitəsilə İrana məxsus olan və İsfahan ərazisində yerləşdirilən bir sıra hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, onların arasında Rusiya istehsalı olan “Tor-M1” sistemi, “Yastreb” zenit-raket kompleksi və “Kasta” 2E2 RLS sistemi də var.

O da qeyd edilib ki, hava reydi nəticəsində Tehran ətrafında yerləşdirilmiş radiolokasiya qurğuları da zərərsizləşdirilib.

İsrail Ordusu sözügedən əməliyyatın görüntülərini də yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR