İsrail Beyrutun cənubuna hücumu zamanı Hizbullahın ehtimal olunan yeni liderinin yerləşdiyi bunkeri hədəf alıb.
APA xəbər verir ki, bu barədə “ The New York Post” məlumat yayıb.
İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə görüşdüklərini güman etdiklərini bildiriblər.
Üç İsrail rəsmisinin sözlərinə görə, zərbə Hizbullahın keşmiş lideri Həsən Nəsrullahın ehtimal edilən varisi Haşim Safiəddini hədəf alıb.
Qeyd edək ki, onun öldürülüb-öldürülmədiyi bəlli deyil.
***
08:53
İsrail Ordusu gecə saatlarında Beyrut hava limanı yaxınlığındakı qəsəbəyə 20-yə yaxın zərbə endirib, hədəf Hizbullahın baş katibi Nəsrullahın ehtimal olunan varisi Həşim Səfiəddin olub.
APA xəbər verir ki, bu barədə İsrail KİV mənbələrinə istinadən məlumat yayıb.
Həşim Səfiəddinin sağ qalıb-qalmadığı hələlik məlum deyil.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində hava hücumları nəticəsində ölkədə 37 nəfər ölüb, 151 nəfər yaralanıb.