İsrail HAMAS rəhbərlərinin yeri barədə məlumat verənlərə pul mükafatları verəcək.
APA xəbər verir ki, bu barədə İsrailin “N12” kanalı məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında əhaliyə vərəqələr paylayır və həmin vərəqələrdə adları sadalanan HAMAS rəhbərləri haqda məlumat verənlər üçün mükafatlar müəyyən edilib.
Təşkilatın Qəzza zolağındakı lideri Yəhya Sinvar barədə məlumat verənə 400 min dollar, HAMAS-ın briqada komandiri və Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvar barədə məlumat verənə 300 min dollar, HAMAS-ın hərbi lideri Məhəmməd Deif haqda məlumat verənə isə 100 min dollar məbləğində pul mükafatı təyin edilib.