İsrail ordusuna məxsus mühəndis maşını Livanın cənubunda partlayıcı qurğuya düşüb.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail tərəfinin məlumatına görə, hadisə ordunun Livanın cənubunda nəzarət etdiyi ərazidə baş verib. Mühəndis maşını İsrail ordusunun “Hizbullah” üzvləri tərəfindən yerləşdirildiyini iddia etdiyi partlayıcı qurğuya düşüb.
Hadisə nəticəsində iki İsrail hərbçisi yüngül xəsarət alıb və xəstəxanaya çatdırılıb.
İsrail ordusu hadisəyə cavab olaraq Livanın bir neçə bölgəsində “Hizbullah”ın hərbi infrastrukturuna zərbələr endirdiyini açıqlayıb.