Bank Of Baku

Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb

Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
# 19 sentyabr 2026 03:49 (UTC +04:00)
0:00 / 0:00
80%

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb.

APA xəbər verir ki, sənəd mərhum senator Lindsi Qremin adını daşıyır və “2026-cı il Lindsi O. Qremin Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu” adlanır.

Qanun Rusiyanın ali rəhbərliyinə, oliqarxlarına və onların ailə üzvlərinə, bank və enerji sektorundakı şirkətlərə, eləcə də Rusiyanın “kölgə donanması”na aid edilən gəmilərə qarşı sanksiyaları nəzərdə tutur. Sənəddə həmçinin Rusiya nefti və qazının alıcılarına qarşı sanksiyaların tətbiqi imkanları da yer alır.

Qanun ABŞ prezidentinə Rusiyanın neft və qazının ən böyük alıcıları sırasında olan üçüncü ölkələrin mallarına 100%-ədək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Rusiyadan ABŞ-a ixrac olunan məhsullara isə 500%-ədək rüsum tətbiq edilə bilər.

Qeyd edək ki, qanun layihəsi sentyabrın 16-sında ABŞ Konqresinin Nümayəndələr Palatasında 262 səslə qəbul edilib. 159 konqresmen sənədin əleyhinə səs verib. Senat isə qanun layihəsini avqust ayında təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR