Bank Of Baku

Əraqçi Fransa XİN rəhbərinə cavab verib: "Timsah gözyaşları"nı dayandırın

İran XİN rəhbəri Abbas Əraqçi

© APA | İran XİN rəhbəri Abbas Əraqçi

# 19 sentyabr 2026 11:01 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barronun İranda insan hüquqları ilə bağlı narahatlığnı ifadə etməsinə münasibət bildirib.

APA xəbər verir ki o, bu barədə “X” hesabında qeyd edib.

“1.5 milyon əlcəzairli Müstəqillik Müharibəsi dövründə Fransa tərəfindən qətliama məruz qoyulub. Onların onda birindən az hissəsi Paris tərəfindən rəsmi qeydiyyata alınıb və hələ də Fransa öz müstəmləkəçilik cinayətlərinə görə üzr istəməkdən imtina edir”,- Əraqçi bilidirb.

O, Fransa XİN rəhbərini Minab məktəbinə qarşı törədilən hücuma biganə qalmaqda günahlandırıb və rəsmi Parisi “timsah gözyaşları” tökməməyə çağırıb.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro 2022-ci ildə Məhsa Əmini ilə bağlı baş verən hadisələri yada salıb və İranı insan hüquqlarını pozmaqda günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR