Bu gün səhər İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nabatiyə əl-Fauka bölgəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Yaxınlıqdakı Ərəb Salim qəsəbəsində isə iki qadın ölüb, 6 nəfər yaralanıb.
Nabatiyə şəhərində 8 nəfər, Kafr Rummanda isə 4 nəfər yaralanıb. Nazirlikdən bildirilib ki, ölən və yaralananların sayı ilkin xarakter daşıyır.
***
saat 10.35
İsrail Hərbi Hava Qüvvələrinin bu gün Livanın cənubunda Ərəb Salim şəhərinə aviazərbələri nəticəsində 2 nəfər ölüb.
Bu barədə “Al Jazeera” məlumat yayıb.
İsrail Ordusu “Hizbullah”ın İsrail qüvvələrinə qarşı dron hücumuna cavab olaraq zərbə endirilidiyini açıqlayıb.
***
saat 08.28
İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə yeni zərbələr endirib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail tərəfinin məlumatına görə, zərbələr “Hizbullah”ın Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşən İsrail hərbçiləri istiqamətində iki pilotsuz uçuş aparatı buraxmasına cavab olaraq həyata keçirilib.
Bildirilib ki, PUA hücumu nəticəsində İsrail hərbçiləri arasında xəsarət alan olmayıb.
Bundan sonra İsrail ordusu Livanın cənubundakı hədəflərə növbəti zərbələr endirməyə başlayıb.