İsrail Silahlı Qüvvələrinin HAMAS-a hücumu plana uyğun davam edir.
APA İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yoav Qallant ordunun Cənub Komandanlığında əməliyyat vəziyyətini dəyərləndirmək üçün səfəri zamanı bildirib.
Qallantın sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) Qəzza zolağında HAMAS döyüşçülərinə qarşı hərbi əməliyyatları sistemli xarakter daşıyır və ordu qüvvələri plana uyğun olaraq irəliləyir.
Nazir qeyd edib ki, ordunun əldə etdiyi nailiyyətlər çoxalır, qoşunlar irəliləyərək düşmənə var gücü ilə zərbələr endirir və İsrailin HAMAS terrorçularına endirdiyi zərbələr davam edəcək.