Bank Of Baku

İsrail müxalifəti ərəb partiyalarının dəstəyi ilə hökumət quracaq

İsrail müxalifəti ərəb partiyalarının dəstəyi ilə hökumət quracaq
# 27 sentyabr 2026 08:02 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu müxalifətin seçkilərdən sonra ərəb partiyalarının dəstəyi ilə hökumət quracağını iddia edib.

APA xəbər verir ki, Netanyahu bu barədə öz “X” hesabında məlumat verib.

O bildirib ki, müxalifət liderləri Yair Lapid, Naftali Bennett, Gadi Eisenkot, Aviqdor Liberman və Yair Qolan seçkilərdən sonra hökuməti dəyişmək üçün birgə hərəkət etmək barədə razılaşıblar. O, bu ittifaqın ərəb partiyalarının dəstəyinə ehtiyac duyacağını iddia edib.

Netanyahu həmçinin müxalifət liderlərinin birgə fotosunun süni intellektlə dəyişdirilmiş versiyasını paylaşaraq fotoya ərəb partiyalarının liderləri Mənsur Abbas və Əhməd Tibini əlavə edib.

Qeyd edək ki, İsraildə hökumət qurmaq üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR