Bank Of Baku

İsrail ordusu Cenin əməliyyatında bir neçə binanın partladıldığını bildirir

İsrail ordusu Cenin əməliyyatında bir neçə binanın partladıldığını bildirir
# 02 fevral 2025 18:24 (UTC +04:00)

İsrail Müdafiə Qüvvələri Cenin şəhərində fələstinli radikalların hərbi məqsədlər üçün istifadə etdiyi bir neçə binanı partladıb.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Qeyd edilib ki, binaları İordan çayının qərb sahilinin şimalında yanvarın 21-dən bəri davam edən antiterror əməliyyatı çərçivəsində dağıdılıb.

Fevralın 2-də İsrail ordusunun sözçüsü bildirib ki, silahlı qüvvələr İordan çayının qərb sahilindəki antiterror əməliyyatını daha beş şəhərə qədər genişləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR