Bank Of Baku

İsrail ordusu HAMAS-ın tunellərinə giriş əldə edib

İsrail ordusu HAMAS-ın tunellərinə giriş əldə edib
# 05 noyabr 2023 07:28 (UTC +04:00)

İsrail əsgərləri Qəzza zolağının şimalında döyüş tapşırıqlarını yerinə yetirərkən Fələstinin radikal HAMAS qruplaşmasının tunellərinə daxil olub.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"HAMAS Qəzzanın cənubundakı mülki şəxslərin təhlükəsiz yerə köçməsinə mane olduğu bir vaxtda tunellərdən ibarət mürəkkəb şəbəkədə gizlənir", - deyə qeyd olunub.

İsrail mətbuatının məlumatına görə, tunellər məhv etmək üçün genişmiqyaslı əməliyyat başlayıb və artıq onların yüzdən çoxu partladılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR