Bank Of Baku

İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib

İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
# 09 dekabr 2025 06:24 (UTC +04:00)

İsrail ordusu 9 dekabr gecəsi Livanın cənubuna bir sıra zərbələr endirdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Zərbələrin Hizbullahın hərbi hədəflərinə yönəldiyi bildirilib. Məlumata görə zərbələrin hədəfi Radvan xüsusi təyinatlı qüvvələrin üzvlərinə təlim keçmək üçün istifadə edilən düşərgə olub.

“Bu obyektlərin sərhəd bölgələrində yerləşdirilməsi və orada hərbi təlimlərin keçirilməsi İsrail ilə Livan arasında atəşkəs sazişinin pozulmasıdır və İsrail dövləti üçün təhlükə yaradır", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR