Bank Of Baku

İsrail ordusu Qəzza şəhərini tam mühasirəyə alıb - YENİLƏNİB

İsrail ordusu Qəzza şəhərini tam mühasirəyə alıb - YENİLƏNİB
# 02 noyabr 2023 23:35 (UTC +04:00)

İsrail ordusu HAMAS hərəkatına qarşı əməliyyatda sahil anklavının ən böyük şəhəri olan Qəzzanı tam mühasirəyə alıb.

APA xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari brifinqdə bildirib.

“İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin mühasirəsini tamamlayıb. Qəzza şəhərini tamamilə mühasirədədir”, - deyə o bildirib.

***

Saat 20:40

İsrail qoşunları Qəzza zolağında Fələstin anklavının sahilyanı ən böyük şəhərinə daxil olub.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində yazıb.

O bildirib ki, qoşunlar əməliyyatda irəliləyiş əldə edir.

"Biz irəliləyirik. Bizə heç nə mane olmayacaq", - deyə o bildirb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR