İsrail ordusu Qəzza zolağında yerüstü əməliyyatlar zamanı 30 hərbçi itirib.
APA xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri yazıb.
Nəşrin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında HAMAS döyüşçülərinə qarşı həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar nəticəsində 30 nəfər zabit və əsgər həlak olub.
Həmçinin əlavə olunub ki, 7 oktyabrdan indiyə qədər Qəzza zolağında münaqişənin gərginləşməsi nəticəsində ümumilikdə 347 hərbçi, 58 polis zabiti öldürülüb.